Şteqner: “Rusiyanı “sülhə məcbur etmək” mümkün olmadı” | VİDEO

   Şteqner: “Rusiyanı “sülhə məcbur etmək” mümkün olmadı”       | VİDEO
  12 İyun 2025    Oxunub:663
Almaniya Sosial Demokrat Partiyasından (ASDP) olan deputat Ralf Şteqner Rusiyanı hərbi yolla sülhə məcbur etmək strategiyasının iflasa uğradığını, ona görə də diplomatik üsullardan istifadə edilməsi zərurətini vurğulayıb.
AzVision.az “N-tv” telekanalına istinadən xəbər verir ki, almaniyalı deputatın fikrincə, hazırda Ukraynadakı münaqişənin həlli üçün daha çox “diplomatik səylər” göstərilməlidir.

Bununla belə, Ralf Şteqner bildirib ki, “Rusiyanın cilovlanmasına” son qoyulmasından söhbət getmir.

“Eyni zamanda, hava hücumundan müdafiə sahəsi də daxil olmaqla, Ukraynaya dəstək vermək zəruridir”, - ASDP-nin deputatı diqqətə çatdırıb.

Bir gün əvvəl “Stern” jurnalı ASDP-nin manifestinə istinadən xəbər vermişdi ki, sosial demokratlardan bir neçə nüfuzlu siyasətçi kansler Fridrix Mertsi və onun kabinetini Rusiya ilə danışıqlara başlamağa, habelə Almaniya ərazisində Amerika raketlərini yerləşdirməkdən imtina etməyə çağırıb.

Daha sonra isə, ASDP-dən olan deputat Sebastyan Fidler həmkarlarının Moskva ilə danışıqlara başlamaq təklifini kəskin tənqid edib.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Almaniya   Rusiya   sülh  



Xəbər lenti